İrandan 21 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan 21 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb
  01 Dekabr 2025    Oxunub:881
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Belə ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti