Rusiya ilə Səudiyyə arasında viza aradan qaldırılır

 Rusiya ilə Səudiyyə arasında viza aradan qaldırılır
  01 Dekabr 2025    Oxunub:857
Rusiya və Səudiyyə Ərəbistanı arasında viza rejiminin qarşılıqlı surətdə aradan qaldırılması istiqamətində bu gün müvafiq müqavilə imzalanacaq.
Bu barədə Ər-Riyadın energetika naziri Əbdüləziz Əl-Səud Rusiya-Səudiyyə Ərəbistanı Biznes Forumunda çıxışı əsnasında danışıb. O vurğulayıb ki, hökumətlər vətəndaşların iki ölkə arasında vizasız sərbəst gediş-gəlişinə icazə verilməsi üçün razılığa gəliblər.
Moskva çinlilər üçün vizanı ləğv edib

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmana əsasən, Çin vətəndaşları üçün Rusiyaya səyahətdə viza tələbi aradan qaldırılıb. Bir müddət qabaq rəsmi Pekin də oxşar addım atmışdı. Belə ki, ruslar da Çinə məhz 14 sentyabr 2026-cı ilədək vizasız gedə biləcəklər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Səudiyyə-Ərəbistanı   viza   ləğv  



Xəbər lenti