Niderland Kiyevə 250 milyon yardım ayırır

   Niderland Kiyevə 250 milyon yardım ayırır
  01 Dekabr 2025    Oxunub:913
Niderland hökuməti NATO alyansının "PURL" təşəbbüsü çərçivəsində Ukraynaya əlavə 250 milyon avro həcmində hərbi yardım göndərəcək.
Bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin görüşündən qabaq mətbuata açıqlamasında məlumat verib. O vurğulayıb ki, yardım əsasən hava hücumundan müdafiə sistemləri (HHMS), habelə "F-16" hərbi təyyarələri üçün sursat alınmasına hesablanıb.

Məlumat üçün bildirək ki, "Ukrayna üçün prioritetləşdirilmiş tələblər siyahısı" (PURL) təşəbbüsü ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte tərəfindən iyulun 14-də irəli sürülüb. Bu mexanizm çərçivəsində NATO müttəfiqləri ABŞ ehtiyatlarından Ukrayna üçün silah alırlar. Bu çərçivədə Kiyevə hər iki-üç həftədən bir müvafiq növ və sayda silah-sursat çatdırılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Niderland   Ukrayna   ABŞ   NATO   yardım  



Xəbər lenti