İranda ŞƏT ölkələrinin təlimi başlayıb

 İranda ŞƏT ölkələrinin təlimi başlayıb
  01 Dekabr 2025    Oxunub:828
İranın Şərqi Azərbaycan əyalətində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin "Səhənd-2025" birgə antiterror təlimləri keçirilir.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb. Eyni zamanda, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında söyləyib ki, beşgünlük hərbi təlim İranın şimal-qərbində terrorizmlə mübarizə istiqamətində həyata keçirilir. Təlimlərə ümumilikdə 5 ölkədən hərbçilər qoşulublar:

"Bu təlim İranın terrorizmlə mübarizəyə yüksək sədaqətini göstərir, həmçinin təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir".

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   ŞƏT   təlim  



Xəbər lenti