İndoneziyada daşqınlar: 600 nəfər ölüb

   İndoneziyada daşqınlar:    600 nəfər ölüb
  01 Dekabr 2025    Oxunub:800
İndoneziyanın Şimali Sumatra, Qərbi Sumatra və Açeh əyalətlərində yağan güclü yağışlar nəticəsində daşqınlar bə torpaq sürüşmələri baş verib.
Bu barədə İndoneziyanın Fəlakətlərə qarşı Tədbirlər İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisələrdə ölənlərin sayı 604-ə çatıb. Təbii fəlakətə görə ümumilikdə 464 nəfər itkin düşüb, 2600 nəfər isə xəsarət alıb.

Müxtəlif şəhərlərdə 3500 binaya ciddi şəkildə ziyan dəyib. 580 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İndoneziya   daşqın   fəlakət  



Xəbər lenti