Polşa lideri rusları “moskallar” adlandırıb

   Polşa lideri rusları    “moskallar”    adlandırıb
  02 Dekabr 2025    Oxunub:1253
Polşa prezidenti Karol Navrotskinin fikrincə, Rusiya ilə münasibətlərdə heç bir razılaşma ola bilməz.
AzVision.az xəbər verir ki, Karel Navrotski noyabr üsyanının 195-ci ildönümünə həsr olunmuş Kadetlər Günü münasibətilə keçirilən şənliklərdə belə deyib. Bununla bağlı Polşa Prezident Administrasiyasının rəhbəri Zbiqnev Boqutski sosial şəbəkələrdə video-material da yayıb.

Karol Navrotskinin sözlərinə görə, tarixi hadisələr həm də müasir Polşa və polyaklar üçün ibrət dərsidir.

“XIX, XX və ya XXI əsrlərdə moskallarla (ruslar nəzərdə tutulur – red.) heç bir razılaşma olmayıb. Onlarda yalnız yalanlar, qətliam və məhv etmək istəyi var. Bu, bizim hamımız- Polşa leytenantları, zabitləri və generalları üçün dərindən inanaraq öyrənməli olduğumuz bir dərs olmalıdır”, - Polşa lideri vurğulayıb.

Xatırladaq ki, 1830-1831-ci ilin noyabrında polyakların və litvalıların Rusiya imperiyasına qarşı qaldırdığı milli-azadlıq üsyanının məqsədi müstəqil Polşa dövlətini bərpa etmək olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Navrotski   Rusiya   moskallar  



Xəbər lenti