“Nuhba” xüsusi təyinatlılarının rəhbəri öldürülüb | VİDEO

 “Nuhba” xüsusi təyinatlılarının rəhbəri öldürülüb    | VİDEO
  02 Dekabr 2025    Oxunub:509
İsrail ordusu Qəzza şəhər briqadasının “Nuhba” xüsusi təyinatlılarının komandiri və oktyabrın 7-də törədilən qətliamın iştirakçısı Əlaa əd-Din Əbd əl-Nasir Həsən Hudarini məhv edib.
AzVision.az İsrail mətbuatına istinadən xəbər verir ki, Həsən Hudari dekabrın 1-də axşam saatlarında öldürülüb. O, oktyabrın 7-də qanlı qırğın zamanı İsrailin aqrar Nahal-Oz icmasına basqının iştirakçılarından biri olub.

Hudari “Dəmir Qılınclar” müharibəsi başlayandan bəri İsrailin Müdafiə Qüvvələrinə (ÇAXAL) və İsrail vətəndaşlarına qarşı terror hücumlarının rəhbərləri sırasında yer alıb.

“Hudarinin qətli noyabrın 22-də HƏMAS yaraqlılarının İsrail əsgərlərinə atəş açması nəticəsində atəşkəs razılaşmasının pozulmasından sonra İsrail ordusunun Qəzza zolağı boyunca həyata keçirdiyi hava hücumları çərçivəsində baş tutub”, - xəbərdə bildirilir.

ÇAXAL-ın məlumatına görə, dərin kəşfiyyat təhlilindən sonra Hudarinin hava zərbələrindən biri zamanı öldürüldüyü təsdiqlənib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Hudari   qətl  



Xəbər lenti