İranda azərbaycanlı rejissora həbs hökmü verilib

   İranda azərbaycanlı rejissora həbs hökmü verilib
  02 Dekabr 2025    Oxunub:886
Tehran İslam İnqilabı Məhkəməsi azərbaycanlı rejissor Cəfər Pənahi barəsində "ölkədəki islam rejiminə qarşı təbliğat fəaliyyətinə görə" 1 il müddətinə qiyabi həbs hökmü verib.
Bu barədə rejissorun vəkili Mustafa Neyli özünün "X" hesabında məlumat yayıb. Bildirib ki, Cəfər Pənahi həmçinin iki illik səyahət, eyni zamanda, siyasi və ictimai təşkilatlarda iştirak qadağasına tuş gəlib:

"Mövcud hüquqi imkanlar çərçivəsində məhkəmə hökmündən apelyasiya şikayəti vermək üçün bütün zəruri tədbirlər görüləcək".

Məlumata əsasən, rejissor Cəfər Pənahi hazırda İranda deyil. Xatırladaq ki, onun İran hökumətindən rəsmi icazə almadan çəkdiyi "Sadə bir qəza" filmi cari ilin mayında Fransada Kann Film Festivalının baş mükafatına layiq görülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   rejissor   həbs  



Xəbər lenti