"ASAN xidmət"in tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

   "ASAN xidmət"in tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir
  02 Dekabr 2025    Oxunub:858
Bu gün 30 ölkə ilə Azərbaycanın "ASAN xidmət" modelinin tətbiq olunması üçün birgə əməkdaşlıq edilir.
AzVision.az xəbər verir ki, bunu ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə gröə, "ASAN xidmət" 13 il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və dövlət xidmətləri sahəsində innovasiya Azərbaycanda uğurla həyata keçirilir və ölkə hüdudlarından kənara da ixrac olunur.

Ü.Mehdiyev əlavə edib ki, "ASAN xidmət"də tətbiq olunan yeniliklər, innovasiyalar, onun beynəlxalq səviyyədə tanınması, qəbul edilməsi və tətbiqinə şərait yaradan amillərdəndir.

AzVision.az



Teqlər:



Xəbər lenti