Aİ İrəvanda seçkilərə Rusiya müdaxiləsindən narahatdır

   Aİ İrəvanda seçkilərə Rusiya müdaxiləsindən narahatdır
  02 Dekabr 2025    Oxunub:883
"Avropa İttifaqı Ermənistanda 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri fonunda təhlükəsizlik və kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə bu ölkəyə yardım ayırmaq niyyətindədir".
Bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə Siyasəti üzrə Ali Komissarı Marta Kos Belçikanın paytaxtı Brüssel şəhərində erməni jurnalistlərə müsahibəsində danışıb. O, oxşar nümunə timsalında Moldovanın "təcrübə"sini diqqətə çatdıraraq xatırladıb ki, cari ilin sentyabrında Rusiya bu ölkədə parlament seçkilərini dezinformasiya və kiberhücumlarla pozmağa cəhd göstərmişdi:

"Gələnilki seçkilər ərəfəsində baş verə biləcək oxşar hücumlarla mübarizə məqsədilə Ermənistana 12 milyon avro yardım ayırmağa hazırıq. Dəstəyimiz sayəsində Ermənistanın müvafiq dövlət təşkilatları hücum təhlükələrini daha effektiv proqnozlaşdıra, qarşısını alıb cavab verə biləcəklər".

Marta Kosun sözlərinə görə, yardım təkcə hökumətin yox, eyni zamanda, vətəndaş cəmiyyəti və medianın ixtiyarın verilə bilər: "Müxtəlif təhlükələrə qarşı mübarizədə onların da rolu çox vacibdir".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   seçkilər   müdaxilə   mübarizə  



Xəbər lenti