WSJ: “ABŞ kənara çəkilir...Avropa təklənir”

      WSJ:    “ABŞ kənara çəkilir...Avropa təklənir”
  02 Dekabr 2025    Oxunub:960
Avropa olmasa idi Vladimir Putinlə Donald Tramp Ukrayna məsələsində çoxdan razılığa gələrdilər.
AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşri bir fransalı məmurdan belə sitat gətirir.

“Vaşinqton geri çəkildikcə Avropa tək qalır, yəni avropalılar özlərinə daha çox güvənməli olacaqlar. ABŞ-nin NATO-ya sadiqliyi ilə bağlı Avropada narahatlıqlar artır”, - qəzet yazır.

Amerika lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya ilə sülh danışıqlarının sonuncu raundunda iştirak etmək üçün dekabrın 2-də Moskvaya gələcək. Nəşrin məlumatına görə, hələ bir dəfə də olsun Ukraynaya getməyən Uitkoff bu il Moskvaya artıq altıncı səfərini edir.

Eyni zamanda, ABŞ-nin Dövlət katibi Marko Rubio dekabrın 3-də keçiriləcək NATO Xarici İşlər nazirlərinin yığıncağına gəlməyəcək və öz yerinə müavinini göndərəcək.

- ABŞ Dövlət departamentinin rəhbəri sonuncu dəfə 1999-cu ildə tədbirə qatılmamışdı. Onda Vaşinqtonun diqqəti Yaxın Şərqdə sülhə yönəlmişdi”, - NATO-nun keçmiş məmurlarından biri deyib.

“WSJ” bildirir ki, Rubionun sözügedən tədbirə qatılmaması sülh sazişi danışıqlarının qızğın vaxtında hiss olunacaq və bu, bir çox Avropa liderlərinin Amerika prioritetlərinin hələ də Avropa prioritetləri ilə uzlaşdığını şübhə altına almasına səbəb olub.

Qəzetin fikrincə, “sülh planı”nın və Uitkoffun Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığının stenoqramlarının sızması çoxlarında Tramp administrasiyasının NATO-nu müdafiə etməkdənsə, Rusiya ilə əlaqələrin və iqtisadi əməkdaşlığın yaxşılaşdırılmasında maraqlı olduğu təəssüratını yaradıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Avropa   NATO  



Xəbər lenti