Metronun 9 ayda sərnişindaşımadan əldə etdiyi gəlir açıqlanıb

Metronun 9 ayda sərnişindaşımadan əldə etdiyi gəlir açıqlanıb
  02 Dekabr 2025    Oxunub:1107
Bu ilin yanvar-sentyabr aylarında "Bakı Metropoliteni" QSC sərnişin daşımalarından 78 milyon 871 min manat gəlir əldə edib.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 % çoxdur. Hesabat dövründə Bakı metrosunun xidmətlərindən 162 milyon 575,8 min nəfər (-2,4 %) istifadə edib.

"Bakı Metropoliteni" 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.

AzVision.az



Teqlər:



Xəbər lenti