Bakı-İrəvan sənədləri yayımlanıb

   Bakı-İrəvan sənədləri yayımlanıb
  02 Dekabr 2025    Oxunub:1071
Ermənistan hökuməti Azərbaycan tərəfi ilə Dağlıq Qarabağ münaqişəsi 2020-ci ilədək aparılan danışıqların sənədlərini ictimaiyyətə açıqlayıb.
Ermənistan mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, ölkənin Nazirlər Kabinetinin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Onların arasında 2011-ci ildə Kazanda baş tutmuş müzakirələrin, 2019-cu ildə vasitəçi tərəflərin irəli sürdükləri təkliflərin sənədləri, habelə sabiq prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktubun mətni də var.
Bakı-İrəvan danışıqlarının sənədləri ilin sonunadək yayımlanacaq

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə müxalifətinin tələbləri fonunda sözügedən sənədlərin açılacağını hələ noyabrın 12-də yerli mətbuata müsahibə verərkən diqqətə çatdırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan   danışıqlar   sənəd  



Xəbər lenti