Bakı metrosunun gəlirləri 13%-ə yaxın artıb
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.
Hesabat dövründə Bakı metrosu ilə 162,575 milyon sərnişin daşınıb. Bu isə illik müqayisədə 2,4% azdır.
Qeyd edək ki, Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında 177,7 milyon ton yük və 1,565 milyard sərnişin daşınıb.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,5 faiz, sərnişin daşınması isə 5,4 faiz artıb. Yüklərin 61,3 faizi avtomobil, 27,6 faizi boru kəməri, 7 faizi dəmir yolu, 3,9 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 89 faizi avtomobil, 10,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


