Honkonqdakı yanğında ölənlərin sayı artıb

Honkonqdakı yanğında ölənlərin sayı artıb
  02 Dekabr 2025    Oxunub:363
Honkonqda yaşayış kompleksindəki yanğında ölənlərin sayı artıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Honqkonq polisi bu gün yanan binalarda aparılan axtarışlar zamanı daha 5 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Bununla da yanğın nəticəsində həyatını itirənlərin ümumi sayı 156-ya çatıb.

Məlumata görə, ölənlərdən 127-nin şəxsiyyəti artıq müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, noyabrın 26-da Honkonqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş vermişdi.

AzVision.az



Teqlər:



Xəbər lenti