Türkiyə şirkəti Rusiya ilə bütün gəmiçilik əməliyyatlarını dayandırır

   Türkiyə şirkəti Rusiya ilə bütün gəmiçilik əməliyyatlarını dayandırır
  03 Dekabr 2025    Oxunub:323
Seneqal sahillərində tankeri zədələnən Türkiyənin “Beşiktaş Shipping” şirkəti Rusiya ilə bütün gəmiçilik əməliyyatlarını dayandırır.
Bu barədə “Reuters” məlumat yayıb. Şirkətin açıqlamasında bildirilib ki, “Beşiktaş Shipping” dərhal Rusiya ilə bütün əməliyyatlarını dayandırır və bundan sonra onunla bağlı reyslər həyata keçirməyəcək. Şirkət bütün beynəlxalq sanksiyalara və ticarət məhdudiyyətlərinə ciddi şəkildə əməl edib, lakin regionda təhlükəsizlik vəziyyəti xeyli pisləşib.

Qeyd olunub ki, personal və aktivlərin təhlükəsizliyi “Beşiktaş Shipping” üçün ən yüksək prioritet olduğundan, gəmilər və ekipajlara qarşı risklər qəbuledilməz hala gəldiyinə görə şirkət bütün bu cür əməliyyatları dayandırır.

AzVision.az


Teqlər:



Xəbər lenti