Uşağı doğulan kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək
Hazırda işçilərin xahişi ilə bir iş ilində arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyətlər verilir. Bununla bərabər gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


