Peskov: "Aİ iqtisadi gücünü itirəcək"

      Peskov:    "Aİ iqtisadi gücünü itirəcək"
  03 Dekabr 2025    Oxunub:1308
"Avropa İttifaqı Rusiya qazının idxalını dayandırarsa, daha bahalı qazdan asılı vəziyyətə düşəcək".
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli jurnalistlərə açıqlamasında dilə gətirib. O, Avropa Şurasının Rusiya qazından imtina ilə əlaqədar razılıq xəbərinə münasibət bildirib. Vurğulayıb ki, Avropa özü-özünü bahalı enerji mənbələrinə məhkum hala gətirir:

'Bu, əlbəttə, qaçılmaz surətdə Avropanın rəqabət qabiliyyətini tədricən azaldacaq. Beləliklə, son illərdə Avropa iqtisadiyyatının öz potensial gücünü itirməsi prosesi daha da sürətlənəcək".

Mətbuat katibi diqqətə çatdırıb ki, avropalılar Rusiyanı guya strateji məğlubiyyətə uğratma vəsvəsəsində tamamilə yanılırlar:

"Onlar Rusiyanı üstələmək ideyasına elə qapılıblar ki, artıq Ukrayna danışıqları prosesinə də qoşulmurlar. Kökündən səhvdirlər".
Aİ Rusiya qazından imtina üzrə razılığa gəlib

Xatırladaq ki, bu gün Avropa Şurası Rusiya enerjisindən asılılığa son qoymaq səyləri çərçivəsində 2027-ci ilədək Rusiyadan qaz idxalını tədricən dayandırmaq barədə Avropa Parlamenti ilə razılığa gəlib. Beləliklə, Rusiyadan maye qaz və boru kəməri qazının idxalına qanuni müstəvidə mərhələli şəkildə qadağa qoyulacaq. Proses gələn ilin sonlarında başlayacaq. 2027-ci ilin payızında isə idxal tamamilə dayandırılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya     qaz   imtina   reaksiya  



Xəbər lenti