Pakistan İrəvanda səfirlik açır

   Pakistan İrəvanda səfirlik açır
  03 Dekabr 2025    Oxunub:1234
Ermənistan və Pakistanın diplomatik nümayəndələri rəsmi İslamabadın İrəvanda səfirliyinin açılması ilə əlaqədar fəal iş aparırlar.
Ermənistan mətbuatının rəsmi diplomatik mənbələrə istinadən yaydığı xəbərə görə, sözügedən səfirliyin gələn il açılması planlaşdırılır. Ermənistanın Xarici İşlər Nazirliyi də xəbəri təsdiqləyib:

"Pakistan hökuməti ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb. Bu çərçivədə nümayəndələr mübadiləsi aparmaq və bir-birinə lazımi yardım göstərmək barədə razılığa gəlinib".

Məlumata əsasən, prosesin gələcək inkişafı haqqında ictimaiyyətə lazımi qaydada məlumat veriləcək.
Pakistan Ermənistanı BMT-də tanıyacaq

Xatırladaq ki, avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə pakistanlı həmkarı Məhəmməd İshaq Dar Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində baş tutmuş sammiti çərçivəsində görüşüblər. Onlar danışıqların yekununda iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair bəyanat imzalayıblar.

Məlumat üçün bildirək ki, rəsmi İslamabad Qarabağ münaqişəsini əsas gətirərək, Ermənistanı müstəqil dövlət kimi tanımırdı. Eyni zamanda, Ermənistanın milli təhlükəsizlik doktrinasında Pakistan "təhdid" sayılırdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Pakistan   Ermənistan   səfirlik  



Xəbər lenti