Ceyhun Bayramov britaniyalı nazirlə görüşüb

Ceyhun Bayramov britaniyalı nazirlə görüşüb
  04 Dekabr 2025    Oxunub:1372
Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası çərçivəsində Britaniyanın Avropa, Şimali Amerika və Böyük Britaniyanın Xarici Əraziləri üzrə dövlət naziri Stiven Douti ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti "X"də məlumat yayıb. Bildirilib ki, tərəflər Azərbaycan-Britaniya əməkdaşlığının hazırkı vəziyyəti, perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya məsələləri ətrafında müzakirələr aparıblar. Nazirlər həmçinin regionda baş verən hadisələrə, Azərbaycan və Britaniya arasıdna strateji tərəfdaşlığının inkişaf imkanlarına toxunublar.

AzVision.az


Teqlər: XİN   Britaniya   nazir   görüş  



Xəbər lenti