Azercell Beynəlxalq Robot Olimpiadasının Azərbaycandakı rəsmi sponsoru oldu
Yarışa qeydiyyat Proqramlaşdırma üzrə (onlayn formatda) 18 fevral 2026-ci il, Robototexnika üzrə isə 25 mart 2026 cı il tarixlərinədək açıqdır.
2004-cü ildən etibarən keçirilən bu qlobal texnologiya festivalı hər il 80-dən çox ölkədən minlərlə gənc mühəndis və proqramçıları bir araya gətirir. Layihənin əsas məqsədi robototexnika sahəsinə marağı artırmaq, STEAM yönümlü biliklərə malik məktəbliləri aşkar etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir. Seçim turunda yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində baş tutacaq beynəlxalq finalda təmsil edəcək.
“RobotChallenge 2026” üzrə ətraflı məlumat almaq və yarışmaya qatılmaq istəyən məktəblilər və komandalar www.robotchallenge.az ünvanına müraciət edə bilərlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


