Lökbatanda yanğınla əlaqədar cinayət işi başlanıb

   Lökbatanda yanğınla əlaqədar cinayət işi başlanıb
  05 Dekabr 2025    Oxunub:1272
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.
Lökbatanda yanğın: 4 nəfər ölüb | YENİLƏNİB

İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:   yanğın   cinayət-işi  



Xəbər lenti