Prezident "Etibarlı Tərəfdaş Konsepsiyası"nı təsdiqləyib

   Prezident "Etibarlı Tərəfdaş Konsepsiyası"nı təsdiqləyib
  05 Dekabr 2025    Oxunub:1229
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

AzVision.az


Teqlər: Prezident   sərəncam   konsepsiya  



Xəbər lenti