Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb
  05 Dekabr 2025    Oxunub:516
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Yevlax və Ağstafa rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
AzVision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Ağamalıyev küçəsində, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 34 ünvanında, Yevlax rayonu Yeni Çobankərə kəndi və Ağstafa rayonu Poylu qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 36380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

AzVision.az



Teqlər:



Xəbər lenti