Avropa Komissiyası "X" sosial şəbəkəsini 120 milyon avro cərimələdi

Avropa Komissiyası "X" sosial şəbəkəsini 120 milyon avro cərimələdi
  05 Dekabr 2025    Oxunub:450
Avropa Komissiyası rəqəmsal qanunvericiliyin pozulmasına görə "X" (keçmiş "Twitter") sosial şəbəkəsini 120 milyon avro məbləğində cərimələyib.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Komissiyanın sözçüsü Tomas Renier bildirib ki, bu qərar Avropa Komissiyasının Rəqəmsal Xidmətlər Aktı çərçivəsində tətbiq edilən ilk cərimədir. Onun sözlərinə görə, platforma şəffaflıq tələblərinə lazımi səviyyədə əməl etməyib.

Belə ki "X" sosial şəbəkəsinin istifadəçi hesablarının yoxlanması üçün kifayət qədər tədbir görmədiyi qeyd olunub.

Qeyd edək ki, Avropa Komissiyası bundan əvvəl "Google" şirkətini də reklam bazarındakı sui-istifadələrə görə 2,95 milyard avro cərimələyib.xəbər verir ki, bu barədə Rusiya Hökuməti məlumat yayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti