Fransada nazirin evi qarət olunub

Fransada nazirin evi qarət olunub
  05 Dekabr 2025    Oxunub:367
Fransada ekoloji keçiddən məsul olan nazir Matye Lefevrin Parisdəki mənzilindən təxminən 10 000 avro dəyərində zinət əşyaları oğurlanıb.
AzVision.az bu barədə "Le Parisien" nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən, oğrular nazirin Lüksemburq Bağlarının yaxınlığında yerləşən mənzilinə axşam saatlarında nazirin evdə olmadığı zaman daxil olublar.

Bildirilir ki, mənzildən heç bir sənəd oğurlanmayıb. Oğrular yalnız zinət əşyalarını qarət ediblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti