Hikmət Hacıyev: "Cənubi Qafqazda yeni reallıq yaradırıq"

    Hikmət Hacıyev:    "Cənubi Qafqazda yeni reallıq yaradırıq"
  06 Dekabr 2025    Oxunub:1112
"Ədalətli sülhə əsaslanaraq Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq".
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Qətərdə keçirilən Doha Forumu çərçivəsində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dilə gətirib. O bildirib ki, yaxın vaxtlarda imzalanan bir çox sülh razılaşması nəticəsiz qalıb, çünki razılaşmalar imzalandıqdan sonra tərəflər özlərini komfort zonasında hiss edirlər:

"Azərbaycan və Ermənistan isə bu vəziyyətdən yayınmağa çalışır. Hər iki tərəf anlayır ki, sülh üzüyuxarı istiqamətdə bir prosesdir və ona görə də çox çalışmaq lazımdır. Rəsmi Bakı və İrəvan mütəmadi kontaktdadır və iki ölkə arasında əldə olunan razılaşmaların icrasına çalışır".

AzVision.az


Teqlər: Azərbaycan   Cənubi-Qafqaz  



Xəbər lenti