Axtarışda olan 336 nəfər saxlanılıb

Axtarışda olan 336 nəfər saxlanılıb
  06 Dekabr 2025    Oxunub:1117
Ötən gün ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, axtarışda olan ümumilikdə 336, o cümlədən borclu şəxs qismində axtarışda olan 308 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti