Qaynını evində öldürdü

  24 Aprel 2013    Oxunub : 452
Qaynını evində öldürdü
Dünən saat 23 radələrində Bakının Suraxanı rayonunda qətl hadisəsi törədilib.
Suraxanı Rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, rayon sakini Elçin Məmmədov yaşadığı evdə qaynı Miroşniçen Nikolay Yevgeneviçi bıçaqla qətlə yetirib.

İlkin məlumata görə, onlar arasında mübahisə yaranıb. Mübahisə zamanı qaynına bərk əsəbiləşən Elçin evdən götürdüyü bıçaqla qaynının döş qəfəsi nahiyəsinə vurub. Yaralı hadisə yerindəcə dünyasını dəyişib.

Elçin Məmmədov şübhəli şəxs qismində tutulub, faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: