Dəməşqdə güclü partlayış tələfata yol açıb

Dəməşqdə güclü partlayış tələfata yol açıb
  07 Dekabr 2025    Oxunub:1062
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhərin ən gur və hərəkətli ərazilərindən biri olan, Əməvi meydanını Şükrü Qutubli bulvarı ilə birləşdirən ərazidə, parkın yaxınlığında yerləşdirilən bombanın partlaması nəticəsində baş verib.
Partlayışdan sonra hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili yardım briqadaları cəlb olunub.

İlkin məlumatlara əsasən, insident nəticəsində ölən və ya yaralanan olmayıb.

Hazırda rəsmi qurumlar tərəfindən hadisə ilə bağlı hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, həmin vaxt Dəməşqin Əməvi meydanında devrilmiş rejimin süqutunun ildönümünün qeyd olunması ilə bağlı hazırlıq işləri aparılırdı.

AzVision.az



Teqlər:



Xəbər lenti