Tramp: “Zelenski məni bir az məyus edib”

      Tramp:    “Zelenski məni bir az məyus edib”
  08 Dekabr 2025    Oxunub:1007
Rusiya “sülh planı” ilə razılaşıb, Ukrayna prezidenti Vladimir Zelenski isə onu heç oxumayıb.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Con Kennedi adına İfa Sənətləri Mərkəzində keçirilən tədbirdə mətbuatla söhbəti zamanı belə deyib.

Ukrayna-Rusiya sülh danışıqlarında növbəti addımın nə olacağı barədə sualın cavabında Amerika lideri Zelenskinin mövqeyindən “bir az məyus olduğunu” bildirib.

“Biz prezident Putin və Ukrayna liderləri ilə, o cümlədən prezident Zelenski ilə danışdıq. Deməliyəm ki, prezident Zelenskinin bizim təklifimizi hələ oxumadığına görə bir az məyus oldum. Bu, bir neçə saat əvvəl idi. Onun adamları bunu bəyəndi, özü isə yox”, - ABŞ prezidenti vurğulayıb.

Donald Tramp, eyni zamanda, Rusiyanın guya bu planla razılaşdığını iddia edib.

- Düşünürəm ki, belə desək, Rusiya Ukraynaya sahib olmaq istərdi. Amma mən inanıram ki, Rusiya sülh planı ilə razıdır. Amma Zelenskinin bununla razılaşdığına əmin deyiləm. Onun komandası bunu dəstəkləyir və o isə bunu oxumayıb”, - Amerika lideri söyləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Zelenski   məyusluq  



Xəbər lenti