Nazirdən etriaf: 6-7 yaşlı uşağın üzərinə ağır öhdəliklər qoyuruq

      Nazirdən etriaf:     6-7 yaşlı uşağın üzərinə ağır öhdəliklər qoyuruq
  08 Dekabr 2025    Oxunub:995
Azərbaycandilli məktəblərimizlə yanaşı tədrisi digər dillərdə olan məktəblərdə Azərbaycan dilinin yaxşı mənimsənilməsi prioritetdir. Bunun üçün çıxış yolu Azərbaycan dili fənlərinin saatlarının artırılmasıdır.
AzVision.az -ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan tarixi fənninin tədrisinə xüsusi önəm veriləcək: "Tədris dilindən asılı olmayaraq, bütün məktəblərdə "Azərbaycan tarixi" fənninin 6-cı sinifdən etibarən Azərbaycan dilində tədris edilməsi istiqamətində iş aparılır. Azərbaycan dilinin tədrisi zamanı dinləmə, danışmma, oxu-yazı qaydalarının düzgün tədrisindən danışırıq. Müxtəlif maraqları təmsil edən insanlar tərəfindən 6-7 yaşlı uşağın üzərinə dil ilə bağlı ağır öhdəliklər qoyuruq. Bunun üçün düzgün mütəxəssislərə və metodikaya ehtiyac var".

AzVision.az



Teqlər:



Xəbər lenti