Çin XİN: "Yaponiya aranı qarışdırır"

      Çin XİN:    "Yaponiya aranı  qarışdırır"
  08 Dekabr 2025    Oxunub:925
"Yaponiya hərbi təlimlərimizin gedişi üçün maneə törədən təhlükəli hərəkətləri, məsuliyyətsiz ictimai-siyasi dezinformasiyanı dayandırılmalıdır".
Bu sözləri Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi yerli jurnalistlərə açıqlamasında dilə gətirib. O, Yaponiyanın müdafiə naziri Sindziro Koidzuminin sözlərinə münasibət bildirib. Diqqətə çatdırıb ki, Çin Silahlı Qüvvələri bu məsələ ilə əlaqədar qəti mövqeyini artıq açıq şəkildə bildirib:

"Dəniz və hava məkanının təhlükəsizliyi qarşısında ən böyük problem təlimlərimizin keçirildiyi ərazilərin yaxınlığında Yaponiyaya məxsus hərbi təyyarələrin mütəmadi kəşfiyyat manevrləridir. Rəsmi Pekin bu müdaxiləni yolverilməz sayır".

Mətbuat katibi vurğulayıb ki, Yaponiya gərginliyi artırmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə məsələni şişirdir, faktları dəyişdirməyə çalışaraq günahı Çinin üzərinə yıxır: "Burada, əlbəttə, gizli bir məqsəd var".

Məlumat üçün bildirək ki, rəsmi Tokio Çinin keçirdiyi hərbi təlimlərin məhz Yaponiyanın dəniz və hava təhlükəsizliyinə qarşı yönəldiyi iddiasını irəli sürüb. Belə ki, Çinin radarlarının Yaponiyaya məxsus hərbi təyyarələrə tuşlandığı vurğulanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   Yaponiya   gərginlik  



Xəbər lenti