DİN 22 nəfəri həbs etdi

DİN 22 nəfəri həbs etdi
  14 Avqust 2014    Oxunub:1740
Ötən gün ərzində 59 cinayət faktı qeydə alınıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.


Teqlər:





Xəbər lenti