Elçin Əmirbəyov: "Azərbaycan Belçika ilə əməkdaşlığa maraqlıdır"
"The Brussels Times" xəbər saytında Prezidentin nümayəndəsinin keçirdiyi görüşlərə dair geniş məqalə yayımlanıb.
"Azərbaycan və Belçika arasında keçən il ticarət dövriyyəsi 90 milyon dollardan az olub. Hər iki tərəf bu rəqəmin onların potensialını əks etdirmədiyini etiraf edir. Hazırda Azərbaycanda logistika, infrastruktur, nəqliyyat, bərpa olunan enerji, limanların inkişafı və kənd təsərrüfatı sahələrində təqribən 20 Belçika şirkəti fəaliyyət göstərir. Azərbaycanın təmiz enerjiyə keçidi Belçika təcrübəsinə uyğundur və əməkdaşlığın genişləndirilməsi üçün daha bir sahə açır", - Elçin Əmirbəyov keçirditi görüşlərdə deyib.
O həmçinin Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərə də toxunub.
"Danışıqların əhəmiyyətli hissəsi Azərbaycanın Aİ ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə - ölkənin Çin və Britaniya da daxil olmaqla bir sıra ölkə ilə malik olduğu statusa qaldırmaq planlarına həsr edilib", - sayt diqqətə çatdırıb.
AzVision.az
Teqlər: Azərbaycan Belçika nümayəndə görüş







Vaxtında, Aydın, Lazımlı!


