Zelenski: “Bizə təzyiq etmək lazım deyil”

      Zelenski:    “Bizə təzyiq etmək lazım deyil”
  11 Dekabr 2025    Oxunub:958
Ukrayna prezidenti Volodimir Zelenski Ali Radanın deputatları ilə ölkədəki seçkilərə hazırlığı müzakirə edib.
AzVision.az bildirir ki, Ukrayna prezideneti xalqa müraciətində bu barədə məlumat verib.

“Mən Ukraynaya qarşı heç bir sövdələşməyə yol verməyəcəyəm. Əgər tərəfdaşlarımız, o cümlədən Vaşinqtondakı əsas müttəfiqimiz hərbi vəziyyət şəraitində seçkilərdən bu qədər danışırlarsa, biz hər suala və hər bir şübhəyə qanuni cavab verməyə borcluyuq. Bu, asan deyil, amma, əlbəttə ki, bizə təzyiq lazım deyil”, - Zelenski bildirib.

Tramp: “Üç avropalı liderlə sərt söhbətim oldu”
Onun sözlərinə görə, parlamentin deputatlarından müvafiq təkliflər gözləyir. Təhlükəsizlik təhdidləri isə, Kiyevin tərəfdaşlarından, ilk növbədə Amerikadan asılıdır. Ukrayna isə siyasi və hüquqi məsələlərə cavab verməlidir və bu olacaq.

Xatırladaq ki, bundan əvvəl Ağ Evdə jurnalistlərlə sözhbəti zaman “Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya və Fransa) liderləri ilə sərt danışıqlar apardığını deyən ABŞ prezidenti Donald Tramp növbəti dəfə Ukraynada seçkilərin keçirilməsi məsələsinə də münasibət bildirib.
Sahil İsgəndərov

AzVision.az


Teqlər:   Zelenski   seçkilər   təzyiq  



Xəbər lenti