Qırğızıstanda ölüm cəzası təklifi dəstəklənməyib

Qırğızıstanda ölüm cəzası təklifi dəstəklənməyib
  11 Dekabr 2025    Oxunub:976
Qırğızıstanın Konstitusiya Məhkəməsi prezident Sadır Japarovun konstitusiyaya uşaqlara qarşı ağır cinayətlərə görə edam cəzasına imkan verən dəyişikliklərlə bağlı təklifini rədd edib.
AzVision.az xəbər verir ki, Qırğızıstanın Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının dövlətin fundamental dəyəri olduğunu və zəiflədilə bilməyəcəyini vurğulayıb.

Qərarda vurğulanır ki, konstitusiya ölkənin hüquq sisteminin tərkib hissəsi olan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə əməl etmək tələbini qoyur.

“Bununla əlaqədar olaraq qanun layihəsi referenduma çıxarıla bilməz və təşəbbüsün həyata keçirilməsi ilə bağlı bütün prosedurlara xitam verilir”, - Qırğızıstan Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir.

Xatırladaq ki, bu il oktyabrın 1-də Qırğızıstan prezidenti Sadır Japarov uşaqların zorlanmasına, eləcə də qadınların zorlanmasına və öldürülməsinə görə ölüm cəzasını tətbiq edən qanun layihəsinin hazırlanmasına göstəriş vermişdi. Qərarın verilməsinə İssık-Kulda 17 yaşlı qızın vəhşicəsinə öldürülməsi səbəb olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qırğzıstan   ölüm   rədd  



Xəbər lenti