Azərbaycanı Türkmənistanda Baş nazir təmsil edəcək

   Azərbaycanı Türkmənistanda Baş nazir təmsil edəcək
  11 Dekabr 2025    Oxunub:731
Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı tədbirlərdə Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edəcək.
AzVision.az -ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon söhbəti zamanı deyib.

Prezident dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməyəcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti