Meksika Azərbaycana hərbi attaşe təyin edib

Meksika Azərbaycana hərbi attaşe təyin edib
  11 Dekabr 2025    Oxunub:391
AzVision.az xəbər verir ki, bu barədə Meksikanın Bakıdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən vəzifəyə Marko Ciovanni Leyva Kontreras təyinat alıb.

"Biz Hərbi Hava Qüvvələrinin polkovniki, Baş Qərargahın pilotu Marko Ciovanni Leyva Kontrerası iqamətgahı Ankarada yerləşən Meksikanın Azərbaycandakı hərbi attaşesi kimi salamlamaqdan məmnunuq. Bu təyinat Azərbaycan və Meksika arasındakı əlaqələri gücləndirəcək", - məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti