Xarici işlər nazirinin müavini Tailanddakı səfirliyin açılışında iştirak edib

Xarici işlər nazirinin müavini Tailanddakı səfirliyin açılışında iştirak edib
  11 Dekabr 2025    Oxunub:412
11 dekabr tarixində Banqkok şəhərində Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin açılış mərasimində iştirak edib.

Nazir müavini, səfirliyin yerləşdiyi binanın qarşısında Azərbaycanın dövlət bayrağını ucaldıb.

Daha sonra xarici işlər nazirinin müavini Elnur Məmmədov və onun tailandlı həmkarı Vijavat İsarabhakdi səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.

Daha sonra, çoxsaylı rəsmi qonaqların iştrakı ilə ziyafət təşkil olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti