Tokayev: "Ümidvarıq ki, Bakı-İrəvan sülh müqaviləsi tezliklə imzalanacaq"

      Tokayev:    "Ümidvarıq ki, Bakı-İrəvan sülh müqaviləsi tezliklə imzalanacaq"
  12 Dekabr 2025    Oxunub:1080
"Cari ilin avqustunda Ermənistan və Azərbaycan arasında baş tutan razılaşmalar tarixi əhəmiyyətə malikdir".
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən "Beynəlxalq Sülh və Etimad İli – 2025" forumunda çıxışı əsnasında dilə gətirib. O vurğulayıb ki, tərəflərin hərtərəfli razılığa gəlmələri Cənubi Qafqazda sabitliyə töhfə verəcək:

"Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət daşıyır. Bu həmçinin regionda və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq istiqamətində geniş perspektivlər açacaq".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə sülh müqaviləsi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qazaxıstan   Azərbaycan   Ermənistan   sülh-prosesi  



Xəbər lenti