Nikah və boşanma azalıb

   Nikah və boşanma azalıb
  12 Dekabr 2025    Oxunub:905
Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40 min 739 nikah və 17 min 254 boşanma halları qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

AzVision.az


Teqlər:



Xəbər lenti