Pezeşkiyan: "Rəşt-Astara dəmir yolunun tikintisi qurtarmaq üzrədir"

    Pezeşkiyan:    "Rəşt-Astara dəmir yolunun tikintisi qurtarmaq üzrədir"
  12 Dekabr 2025    Oxunub:1354
"İran ilə Azərbaycan arasında Rəşt-Astara dəmir yolunun 160 kilometrlik hissəsinin 100 kilometri üzrə işlər artıq başa çatdırılıb".
Bu sözləri İran Prezidenti Məsud Pezeşkiyan Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən "Beynəlxalq Sülh və Etimad İli – 2025" forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşü əsnasında dilə gətirib. O vurğulayıb ki, yolun Tehran tərəfinə düşən qisminin 2026-cı ilin martınadək tamamilə çəkilib qurtarılması nəzərdə tutulur.
Putin və Pezeşkiyan görüşüblər | VİDEO

Məsud Pezeşkiyan layihənin icrasını şəxsən hər gün nəzarətdə saxladığını diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, 2023-cü ildə Rusiya və İran Fars körfəzinə çıxış imkanı qazanmaq üçün nəzərdə tutulan "Şimal-Cənub" layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair müqavilə imzalayıblar. Layihənin ümumi qiyməti 1,6 milyard avrodur.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Rusiya   Azərbaycan   dəmiryolu   tikinti  



Xəbər lenti