Qaxa qar yağıb - FAKTİKİ HAVA

Qaxa qar yağıb -    FAKTİKİ HAVA
  13 Dekabr 2025    Oxunub:1110
Dekabrın 13-ü səhər saatlarına olan faktiki hava açıqlanıb.
AzVision.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında arabir yağış, Sarıbaşda (Qax) isə qar yağıb.

Düşən yağıntının miqdarı Qubada 4, Şabran, Ordubad, Culfa, Xaçmaz, Qusar, Naxçıvan, Sədərək, Şahbuz, Qobustan, Lənkəran, Gədəbəy, Balakən, Xaltan, İmişli, Yardımlıda 3, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Qobustanda 16 m/s-dək güclənib.

Sumqayıt, Şərur, Ordubad, Sədərək, Göygöl, Şəmkir, Balakən, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Göyçay, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

AzVision.az


Teqlər: səhər   hava   qar  



Xəbər lenti