DİN: “Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb”

 DİN:  “Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb”
  13 Dekabr 2025    Oxunub:1164
Dekabrın 12-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin üstünü açıblar.
AzVision.az DİN-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 260, o cümlədən borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   saxlanmalar  



Xəbər lenti