"Azercell" uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir
TISA-da keçirilən təqdimat zamanı şagirdlər Xəzər hövzəsində məskunlaşan nadir canlılarla bağlı ekoloji məsələləri gündəmə gətirib. Uşaqlar layihənin ətraf mühitin mühafizəsi və təbiətə qarşı məsuliyyətli yanaşma vərdişlərinin formalaşdırılmasına töhfə verdiyini bildiriblər. Onlar təşəbbüslərinin reallaşdırılmasına göstərilən dəstəyə görə Azercell-ə təşəkkür edib, bu təşəbbüsün ekoloji maarifləndirmə baxımından dəyərli təcrübə olduğunu vurğulayıblar .
Nəşrin daha geniş auditoriya üçün əlçatanlığını təmin etmək məqsədilə kitab Azərbaycan və ingilis dillərində çap olunub.
Qeyd edək ki, "Sən onları görməmisən?" kitabı ilk dəfə bu il Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Kitab, maarifləndirici təsirini artırmaq məqsədilə Azərbaycanın bütün bölgələrindəki məktəblərə paylanacaq.
AzVision.az
Teqlər: Azercell







Vaxtında, Aydın, Lazımlı!


