Salyanda narkotik satanlar yaxalanıblar

Salyanda narkotik satanlar yaxalanıblar
  13 Dekabr 2025    Oxunub:1188
Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən, əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Müşfiq Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, Anar Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb.

Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti