Bulvarda oğurluq edənlər saxlanılıblar

Bulvarda oğurluq edənlər saxlanılıblar
  13 Dekabr 2025    Oxunub:1256
Səbail rayonunda oğurluq hadisələri qeydə alınıb. Vətəndaşlardan birinin Dənizkənarı Milli Park ərazisindəki oturacağın üzərinə qoyduğu çantasından 190 manat pul, bank kartları və şəxsi sənədləri, digərinin isə ödəmə terminalında unutduğu bank kartı ələ keçirilərək hesabında olan maddi vəsait talanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata əsasən, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə U.Əmiraslanova və R.Hüseynli qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıblar.

Rayon ərazisində keçirilən digər əməliyyatlar zamanı isə zərərçəkənin ticarət mərkəzlərindən birinin qarşısına park etdiyi velosipedini, digər vətəndaşın isə qapısı açıq qalmış avtomobilindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən B.Abdullayev və F.Süleymanov da müəyyən olunaraq saxlanılıblar. Faktlar üzrə araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti