HƏMAS-ın komandanlarından biri öldürülüb

HƏMAS-ın komandanlarından biri öldürülüb
  13 Dekabr 2025    Oxunub:473
İsrailin Müdafiə Ordusu Qəzza şəhərinə hava hücumu həyata keçirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aviazərbələr nəticəsində HƏMAS-ın silahlı qolu olan "İzəddin əl Qəssam"ın komandanlarından biri, Raad Saad öldürülüb. Məlumata görə, İsrail ilə HƏMAS arasında oktyabrın 10-da atəşkəs barədə razılaşma əldə olunsa da, Qəzza zolağı hücumlara məruz qalır. Fələstinli mənbələr iddia edirlər ki, son hücumda Qəzza şəhərinin qərbində hədəf alınan avtomobilin vurulması nəticəsində azı 3 nəfər həlak olub.


Teqlər:



Xəbər lenti