3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapıldı

3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
  13 Dekabr 2025    Oxunub:370
Sabirabadda 3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb.

AzVision.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Kür çayında boğulan Şıxsalahlı kənd sakini 1987-ci il təvəllüdlü Alməmmədov Anar Şamil oğlunun meyiti bu gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.


Teqlər:



Xəbər lenti